İranda Ukrayna təyyarəsinin vurulmasına görə həbslər başladı

saytların hazırlanması

Evə çatdırılma

İranda Ukrayna təyyarəsinin vurulmasına görə həbslər başladı

Dünya

14 Yanvar 2020 09:56 1330


İranda Ukrayna təyyarəsinin vurulması ilə əlaqədar bir neçə nəfər həbs edilib.

"Yeni Sabah" xarici mediaya istinadən xəbər verir ki, ölkənin məhkəmə hakimiyyətinin rəsmi nümayəndəsi Qulamhüseyn Esmaili məlumatı təsdiq etsə də, detalları açıqlamayıb.

Xatırladaq ki, Tehrandan Kiyevə uçan “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Təyyarədə olan 176 nəfərin hamısı ölüb. Sonradan təyyarənin səhvən İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu açıqlanıb. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!