İranda son 24 saatda Covid-19-dan 123 nəfər həyatını itirib.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Beləliklə, İslam Respublikasında virusdan ölənlərin ümumi sayı 127.809-a çatıb. Marqarita pizza
Son gündə 7539 yeni Covid-19 xəstəsi müəyyən edilib və onların 1323 nəfəri xəstəxanaya yerləşdirilib.
Covid-19 xəstələrinin ümumi sayı 6 milyon 19 min 947 nəfərə çatıb.
İndiyədək 5.656.447 xəstə sağalıb.
Telegram kanalımız