İranın Ali Məhkəməsi Qərbi Azərbaycan əyalətində din xadimini öldürdüklərinə görə yeddi nəfər sünni məzhəbli vətəndaşa verilən edam cəzasını təsdiqləyib.
"Yeni Sabah" “Hürriyet”ə istinadən bildirir ki, Rəcai həbsxanasında saxlanılan Ənvər Huzuri, Kamran Şeyhə, Fərhad Səlimi, Qasım Abəstə, Xosrov Bəşarət, Əyyub Kərimi və Davud Abdullahi haqqında verilən qərar fevralın 3-də məhbusların vəkillərinə çatdırılıb.
İranlı din xadimi Əbdürrəhim Tina 2008-ci ildə öldürülüb. Qətldə şübhəli bilinərək saxlanılanlar isə məhkəmə ifadələrində İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyatının təxribatının qurbanı olduqlarını açıqlayıblar. Dominos pizza
Məhkəmə 10 ildən çoxdur davam edirdi.
Telegram kanalımız