İranda yenə güclü zəlzələ oldu

saytların hazırlanması

Evə çatdırılma

İranda yenə güclü zəlzələ oldu

Dünya

25 Fevral 2020 10:10 622


İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində gecə saatlarında 4,3, daha sonra isə 3,7 bal gücündə zəlzələ olub. "Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Episentri Xoy ərazisində olan 4,3 bal gücündə yeraltı təkanların dərinliyi 7 km-də yerləşib. İkinci 3,7 bal gücündə zəlzələ isə 8 km dərinlikdə olub. Dağıntı və tələfat haqqında hələlik məlumat verilməyib. Xatırladaq ki, fevralın 23-ü Türkiyə - İran sərhəd bölgəsində 5,7 bal gücündə zəlzələ olub. /Report
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!