Xəbər verdiyimiz kimi, İranda təxminən 1 həfdədir ki, iğtişaşlar davam edir. Səbəb isə İran hökumətinin gözlənilmədən benzinin qiymətini qaldırması və satışına məhdudiyyət qoyulması ilə bağlı qərarıdır. Baş verən etiraz aksiyalarında təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı xeyli insan həlak olub.
“Yeni Sabah” xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli İranda baş verən hadisələri təhlil edib.
O qeyd edib ki, qonşu ölkədə baş verən hadisələrin səbəbi təkcə neft deyil: Sezar pizza
“İranda baş verənlərin ciddi təhlilə, özü də hay-küysüz, pafossuz təhlilə ehtiyacı var. İranda son 2 ildə sosial-iqtisadi vəziyyət çox ağırlaşıb, İran valyutası son illər dünyada ən çox devalvasiyaya uğrayan valyutalardan biridir, inflyasiya sürətlənib, milli valyutada qiymətlər kəskin artır. Benzinin qiymətinin artması insanların etirazına sadəcə bəhanə, bəlkə də son damla oldu. Yəni, İran əhalisi tək elə benzinin qiyməti qalxdı deyə etiraza çıxmadılar - son 2 ilin sosial-iqtisadi ağırlığı onsuz insanları bezdirmişdi.
İranda İslam İnqilabını kitablardan oxuyan nəsil yetişib, son 40 ildə 1 milyon gənc xaricdə təhsil alıb, internet nəsli yetişib - bu gün İran əhalisinin 68%-i inqilabdan sonra dünyaya gələnlərdir, yaşı 40-a qədər olanlardır. Onların ideoloji kimliyi tək dini deyil, hətta mən deyərdim, heç dini deyil - mənasız və məzmunsuz qadağalardan bezən nəsil yetişib. Nə qədər qəribə səslənsə də, potensial olaraq İran müsəlman aləminin ən dünyəvi ölkələrindən biridir - çünki, 3000 illik dövlətçilik tarixi və ənənələri xurafatdan daha güclüdür. İran dövlətinin çox güclü diplomatiya ənənələri var, çox güman ABŞ və İsrail ilə gizli danışıqlar da aparırlar, amma çox sərt və tərs diplomatiya məktəbi tezliklə güzəştə getməyi düşünmür, çox güman, onlar yaxın 1 il də danışıqları uzadaraq, ABŞ da prezident seçkilərinin nəticələrini gözləyəcəklər. Əgər Tramp yenə udsa, İran tezliklə istənilən müqaviləni imzalayacaq - çünki rejimin müqavimət resursu tükənəcək, yox əgər Demokratlar udsa, danışıqlar intensivləşəcək, İran üçün daha məqbul yeni müqavilə imzalanacaq”.
Sabrina Eldarqızı
Telegram kanalımız