İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Hadisə noyabrın 11-də İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində baş verib. Dominos pizza
Keçirilən tədbirlər nəticəsində Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Sadıqov Orxan Yunis oğlu saxlanılıb və şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 9 kiloqram 900 qram narkotik vasitəyə bənzər maddələr (9 kq 300 qram marixuana, 100 qram tiryək və ümumi çəkisi 500 qram olan 400 ədəd psixotrop tərkibli metadon-40 həbləri) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Telegram kanalımız