İrandan dəhşətli təyyarə qəzası ilə bağlı şok açıqlama: “Səhvən vurulub”

saytların hazırlanması

Evə çatdırılma

İrandan dəhşətli təyyarə qəzası ilə bağlı şok açıqlama: “Səhvən vurulub”

Dünya

11 Yanvar 2020 05:57 1691


İranın paytaxtı Tehranda qəzaya uğrayan Ukraynaya məxsus təyyarə ilə bağlı açıqlama yayılıb.

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif özünün “Twitter” hesabında Ukraynaya məxsus təyyarəyə “səhvən” raket atıldığını qeyd edib.

Məhəmməd Cavad Zərif sərnişin təyyarəsinin “səhvən” vurulmasına görə üzr istəyib. Sezar pizza

“ABŞ-ın böhran zamanı səbəb olduğu insan xətası fəlakətə yol açdı. Ölənlərin ailələrindən üzr istəyirik”, - nazir açıqlamasında deyib.

Xatırladaq ki, Ukraynaya məxsus təyyarənin yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğraması nəticəsində 167 sərnişin və doqquz heyət üzvü həlak olub. /Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!