İrandan dünyanı şoka salan addım - Səfir həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

İrandan dünyanı şoka salan addım - Səfir həbs edildi

Dünya

12 Yanvar 2020 07:02 8411


İran polisi Böyük Britaniyanın Tehrandakı səfiri Robert Makeri nəzarətə götürüb.

“Yeni Sabah” BBC-yə istinadən xəbər verir ki, diplomat “radikal və dağıdıcı etirazları formalaşdırmaqda və nümayişçiləri təşviq etməkdə” ittiham edilib. Bildirilir ki, britaniyalı diplomat Tehranda Əmir Kəbir universitetinin qarşısında təşkil olunmuş təyyarə qəzasında ölən Ukrayna vətəndaşlarının anım mərasiminə qatılıb.

Mərasimdə etirazçılar İranın sərnişin təyyarəsini vurduğuna görə ali dini lider Ayətullah Əli Xameneyinin istefasını tələb ediblər. Şüarlar səsləndikdən bir neçə dəqiqə sonra Robert Maker həbs edilib. Lakin o bir neçə saat sonra sərbəst buraxılıb. pizza mizza

Diplomat izahat verməsi üçün İran Xarici İşlər Nazirliyinə çağırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!