İranın 243 kəndi ilə əlaqə kəsildi

saytların hazırlanması

Evə çatdırılma

İranın 243 kəndi ilə əlaqə kəsildi

Dünya

26 Fevral 2020 15:47 960


Sel İranın qərbində yerləşən Lorestan vilayətində 243 kəndlə əlaqə yollarını kəsib. "Yeni Sabah"ın məlumatına görə, bunu İranın Yol və Nəqliyyat Təşkilatının sədr müavini Xudadad Moqəbbeli deyib. Onun sözlərinə görə, ilkin hesablamalara əsasən, infrastrukturlara 5-6 trilyon rial (təxminən 119-142 milyon dollar) xəsarət dəyib. Moqəbbeli əlavə edib ki, Lorestan vilayətində 258 yerdə torpaq sürüşməsi qeydə alınıb. Təşkilat rəsmisi bildirib ki, əsas problem Xürrəmabad-Poldoxtər istiqamətindədir və bu istiqamətdə Kəşkan çayı daşıb. Qeyd edək ki, ötən gecədən İranda güclü yağışlar yağmağa başlayıb. Hazırda İranın bir çox yerində yağış və qar yağır. Yağıntılar bir sıra qəzalara səbəb olub. Belə ki, İsfahan vilayətində 8 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Qəzada 101 nəfərin xəsarət aldığı bildirilir. /Trend
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!