İranın Bəndər Abbas limanında yenidən yanğın başladı

saytların hazırlanması

Evə çatdırılma

İranın Bəndər Abbas limanında yenidən yanğın başladı

Hadisə

27 Aprel 2025 16:49 348


İranın Bəndər-Abbas şəhərinin Şəhid Rəcai limanında yenidən yanğın başlayıb.

"Report"un "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Hörmüzqan əyalətinin qubernatoru yanında fövqəladə hallar idarəsinin rəisi Mehrdad Həsənzadə deyib.

Limanın bir sıra konteynerləri bitum və kimyəvi maddələrin olması səbəbindən yenidən alovlanıb. pizza mizza

İran hökumətinin sözçüsü Fatemeh Mohacerani bildirib ki, aprelin 28-i partlayışda həlak olanlar üçün milli matəm günü elan edilib.

Xatırladaq ki, aprelin 26-da Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında güclü partlayış baş verib. Hadisə nəticəsində son məlumatlara görə, 28 nəfər ölüb, 1 205-dən çox insan yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!