İranın haker qrupu illər sonra fəaliyyətini bərpa etdi

saytların hazırlanması

Evə çatdırılma

İranın haker qrupu illər sonra fəaliyyətini bərpa etdi

Dünya

21 Dekabr 2025 21:40 690


İranın "Infy" haker qrupu ("Prince of Persia" kimi də tanınır) beşillik fasilədən sonra yenidən fəaliyyətə başlayıb.

"Yeni Sabah" "Azad İran"a istinadən xəbər verir ki, qrupun İsveç, Niderland və Türkiyədəki hədəflərə qarşı kiberhücumlar həyata keçirdiyi bildirilir.

"SafeBreach" şirkətinin təhlükəsizlik tədqiqatları üzrə müavini Tomer Barın sözlərinə görə, "Infy" qrupunun fəaliyyət dairəsi əvvəl düşünüldüyündən daha genişdir və qrup hazırda aktiv, eyni zamanda təhlükəli olaraq qalır. Araşdırmalar göstərir ki, "Infy" uzun müddət aşkarlanmadan fəaliyyət göstərməyi bacarıb. Toyuqlu pizza

Mütəxəssislər qeyd edirlər ki, "Infy" "Charming Kitten", "MuddyWater" və "OilRig" kimi digər iranmənşəli haker qrupları ilə müqayisədə daha az diqqət çəkir, lakin bu, onun yaratdığı təhlükəni azaltmır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!