İranın sabiq prezidentindən XƏBƏRDARLIQ: İslam Respublikası süqut edə bilər

saytların hazırlanması

Evə çatdırılma

İranın sabiq prezidentindən XƏBƏRDARLIQ: İslam Respublikası süqut edə bilər

Siyasət

20 Noyabr 2025 21:33 1136


İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədə mövcud iqtisadi durum və böhrana diqqət çəkərək, insanların 80%-nin rəhbərin kim olduğuna maraq göstərmədiyini bildirib.

"Yeni Sabah" "Azad İran"a istinadən xəbər verir ki, o, inqilabdan sonrakı illərdə İranın üzləşdiyi böhranların əvvəlkindən daha ciddi olduğunu deyib.

İslam Respublikasının süqut etməsi təhlükəsi ilə bağlı xəbərdarlıq edən Xatəmi ölkəni "möhkəm ağaca" bənzədib. Pepperoni pizza

"Daxili və xarici təhdidlərin artması ilə bu ağacın qəfil quruyub yıxılması riski var. Ümid edirəm ki, belə vəziyyət yaranmaz", - deyə sabiq dövlət başçısı bildirib.

Mövcud şəraitdə, Xatəmi idarəetmə yanaşmasının dəyişdirilməsini və "xarici təzyiqlərə təslim olmadan qırmızı xətlərin yenidən nəzərdən keçirilməsini" ən uğurlu yol adlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!