İranlı həkimdən   ŞOK SÖZLƏR - Etirazlarda xəsarət alan 1000 nəfərin...

saytların hazırlanması

Evə çatdırılma

İranlı həkimdən ŞOK SÖZLƏR - Etirazlarda xəsarət alan 1000 nəfərin...

Dünya

25 Yanvar 2026 20:40 3503


İranda yanvar ayında baş verən etiraz aksiyaları zamanı təxminən 1000 nəfər göz xəsarətləri ilə xəstəxanalara müraciət edib.

"Yeni Sabah" Konkret.az-a istinadən xəbər verir ki, bu barədə Tehrandakı Fərabi Göz Xəstəxanasının direktoru Qasım Fəxrayi məlumat verib.

Onun sözlərinə görə, yanvar etirazlarından bu günə qədər bir və ya hər iki gözün zədələnməsi səbəbilə ümumilikdə minə yaxın şəxs müalicə üçün xəstəxanaya yerləşdirilib. Fəxrayi bildirib ki, açıqlanan statistika yalnız göz zədəsi alan şəxsləri əhatə edir. Dominos pizza

Xəstəxananın baş tibb bacısı Məryəm Səbbaqi isə qeyd edib ki, etirazlar dövründə Fərabi Göz Xəstəxanasında bütün çarpayılar tam dolu olub. Onun sözlərinə görə, xəsarət alanların əksəriyyəti gənc kişilərdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!