İranlı millət vəkili nazirlə Azərbaycana dair müzakirələr apardı

saytların hazırlanması

Evə çatdırılma

İranlı millət vəkili nazirlə Azərbaycana dair müzakirələr apardı

Rəsmi

13 Yanvar 2023 11:21 886


İran parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini xarici işlər naziri Hüseyn Əmir-Abdollahian ilə görüş keçirib.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, söhbətin mövzusu İslam Respublikasının Qafqaz regionunda, xüsusilə də Azərbaycan Respublikasında xarici diplomatiyası ilə bağlı mühüm məsələlərin müzakirəsi olub.

Mİllət vəkili Azərbaycan Respublikası ilə əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsinin vacibliyini vurğulayıb. Həmçinin, iki ölkənin iqtisadi fəallarının hərəkət və fəaliyyətlərini mümkün qədər asanlaşdırma xahişini dilə gətirib. O, Meşkinşəhr ərazisindən keçən və Bakıya doğru uzanan İpək Yolunun yenidən açılmasını tələb edib və onun regionun ticari-iqtisadi fəaliyyətdə əhəmiyyətini vurğulayıb. Toyuqlu pizza

Bu görüşdə xarici işlər naziri Əmir Abdullahiyan İpək Yolunun yenidən açılmasının vacibliyini vurğulayarkən, Azərbaycan Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi və yaxşılaşdırılması zərurətini vurğulayıb. O, əməkdaşlıq üçün maneələrin aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlər təqdim edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!