Fransa kəşfiyyatı ilə əlaqədə ittiham olunaraq həbs edilən iranlı müxalifətçi 41 yaşlı Ruhullah Zam barəsində ölüm hökmü çıxarılıb.
Yenisabah.az xəbər verir ki, Ruhullah Zamın məhkəməsi qapalı keçirilib.
İranlı müxalifətçi ötən ilin oktyabrında İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən həbs edilib. Toyuqlu pizza
Ruhulla Zam “Telegram” sosial şəbəkəsində “Amadnews” adlı kanal işlədib.
2017 və 2018-ci illərdə İranda sosial tələblərlə baş qaldırmış etirazlarda aksiyalarda fəal roy oynayıb.
2018-ci ildə İranın "silahlı qiyam" təşəbbüsünə görə hesabın silinməsini tələb etməsindən sonra “Telegram” Amadnews-u bağlayıb.
“Fars” agentliyi xəbər verir ki, fevralın 10-da keçirilən məhkəmə iclasında prokuror 15 bənddən ibarət iddianmə oxuyub.
Ruhullah Zam həmçinin korrupsiya cinayətində və İslam dinini təhqir etməkdə ittiham olunurdu.
Lakin iranlı müxalifətçiyə qarşı irəli sürülən ittihamlar arasında o, "ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayətlər" və "Fransa xüsusi xidmət orqanlarına casusluq" şübhələri ilə təqsirli bilinib.
Telegram kanalımız