İranlı qadınların stadionda futbol izləmısinə şərait yaradılacaq.
"Yeni Sabah" xarici KİV-nə istinadən xəbər verir ki, bunu bu gün İranın vitse-prezidenti Hüseyn Əli Əmiri ölkəsinin mətbuatına açıqlamasında deyib.
Vitse-prezident hazırda ölkənin bütün stadionlarında yenidənqurma işləri aparıldığını nəzərə çatdırıb. Qadınların stadiona daxil olmaları üçün xüsusi keçidlər qurulur və kişilərdən ayrı oturmaları üçün bölmələr inşa edilir. Sezar pizza
Vitse-prezident deyib ki, futbol kimi maraqlı bir oyuna baxmaq hüququnu qadınlardan almaq olmaz.
İranlı qadınların oktyabrın 10-da Azadi stadionunda İran və Kamboca komandaları arasında keçirilən görüşü izləyə biləcəkləri də açıqlanıb.

Telegram kanalımız