Donald Trampı sakitləşdirmək üçün bir çox ölkə ona milyardlarla investisiya və gəlirli sövdələşmələr vəd edir. Hətta Trampın müharibə ilə hədələdiyi onun əzəli düşməni İran da eyni addımı atmaq qərarına gəlib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
ABŞ prezidentini nüvə sazişinə razı salmaq və müharibədən yayınmaq üçün İslam Respublikasının hakimiyyəti ona ölkənin neft və qaz sektoruna investisiyalar da daxil olmaqla maliyyə güzəştləri təklif etmək istəyir. Dördpendirli pizza
Bunu Britaniya nəşri iddia edir.
"Tehranın Trampa təklif edəcəyi sövdələşmələrə neft və qaz, mədən hüquqları, vacib minerallar və s. sahələrdə böyük iqtisadi qazanclar daxildir", - deyə FT mənbəyi izah edib.
ABŞ-nin yüksək vəzifəli rəsmisi FT-yə bildirib ki, ABŞ hələlik İrandan heç bir kommersiya təklifi almayıb. "Bu məsələ heç vaxt müzakirə olunmayıb. Prezident Tramp İranın nüvə silahına və ya onu inkişaf etdirmək qabiliyyətinə malik ola bilməyəcəyini açıq şəkildə bildirib", - deyə o əlavə edib.
Telegram kanalımız