İraqdakı ABŞ bazalarına hücum nəticəsində 80 nəfər ölüb - İran KİV

saytların hazırlanması

Evə çatdırılma

İraqdakı ABŞ bazalarına hücum nəticəsində 80 nəfər ölüb - İran KİV

Dünya

08 Yanvar 2020 07:19 1520


Xəbər verdiyimiz kimi, bu gecə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İraqdakı iki hərbi bazasına raket hücumu edib. İraqın qərbindəki Ein əl-Əsəd bazası və ABŞ hərbi kontingentinin yerləşdiyi Ərbildəki bazanın İran tərəfindən qanadlı və ballistik raketlərlə vurulduğu deyilir. Hücumdan sonra ABŞ prezidenti Donald Tramp "hər şeyin qaydasında olduğunu” deyib.

“Yeni Sabah” xəbər verir ki, İranın “Press TV” kanalı hücum nəticəsində çoxlu tələfatın olduğunu bildirib. Mənbədə qeyd olunub ki, İraqda yerləşən ABŞ hərbi bazalarına raket hücumu nəticəsində 80 nəfər ölüb.

Hələlik bununla bağlı rəsmi açıqlama verilməyib. pizza hut

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ-ın hava zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasım Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. Bundan sonra isə hər iki dövlət arasında gərginlik pik həddə çatıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!