İrəvan Azərbaycana qarantlar institutu yaratmağı təklif edib

saytların hazırlanması

Evə çatdırılma

İrəvan Azərbaycana qarantlar institutu yaratmağı təklif edib

Rəsmi

22 Dekabr 2022 16:21 918


"Ermənistan sülh müqaviləsinin mətnində Azərbaycana qarantlar institutu yaratmağı təklif edib".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

"Bu təsisat müqavilənin icrasını təmin etmək üçün nəzərdə tutulub. Bundan əlavə, böhran yaranarsa və onu həll etmək mümkün olmadıqda, Beynəlxalq Məhkəməyə mümkün müraciət mexanizminin yaradılmasını da təklif etdik", - deyə o vurğulayıb. pizza mizza

“Qarabağla bağlı təklif varmı” sualına Təhlükəsizlik Şurasının katibi belə cavab verib: “Danışıqlar aparıldıqda, nəhayət, məsələyə aydınlıq gətirəcəyik”.

Xatırladaq ki, hökumətin bugünkü iclasında baş nazir Nikol Paşinyan Ermənistanın Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflər təqdim etdiyini bildirib. “Biz belə məzmunlu müqavilə imzalamağa hazırıq. Ümid edirəm ki, Azərbaycanın da reaksiyası müsbət olacaq”, - deyə baş nazir əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!