“Hakimiyyətin Laçın dəhlizinə görə Rusiyanın məsuliyyət daşıması ilə bağlı tezisi təhlükəlidir”.
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistandakı müxalif “Hayastan” fraksiyasının deputatı, “Daşnaksütyun” partiyasının üzvü Geqam Manukyan deyib.
Partiya funksionerinin sözlərinə görə, üçtərəfli bəyanatda Ermənistanın da imzası var və müvafiq olaraq İrəvan da burada məsuliyyət daşıyır. Marqarita pizza
“Laçın dəhlizi məsələsi kontekstində ictimai təzyiqlər Ermənistan rəhbərliyini gərginliyi azalda biləcək bəzi təxirəsalınmaz tədbirlərə əl atmağa məcbur edir. Buna misal olaraq, Baş nazir Nikol Paşinyanın bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını göstərmək olar. Lakin İrəvan bütün vasitələrdən istifadə etmir. Üstəlik, İrəvanın Bakı ilə Moskvanın təşəbbüsü vasitəsilə aparılan danışıqlarda iştirakdan imtina etməsi vəziyyəti çətinləşdirir və bu, düzgün deyil”, – deyə siyasətçi bəyan edib.
Qeyd edək ki, Laçın-Xankəndi yolunda keçirilən aksiya dəhlizin humanitar məqsədlər üçün istifadəsinə maneə törətmir.
Telegram kanalımız