İrəvan polisi Şahramanyanı saxladı 

saytların hazırlanması

Evə çatdırılma

İrəvan polisi Şahramanyanı saxladı 

Maraqlı

29 Dekabr 2023 10:38 1173


Ermənistanın Patrul xidməti Qarabağdan qovulmuş qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyanın avtomobilini İrəvanda saxlayıb. Şahramanyana qanunla kortejdə getmək hüququ olmadığı barədə xəbərdarlıq edilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalifyönlü deputatı Tiqran Abramyan məlumat yayıb. 

Abramyan bildirib ki, polislər Samvel Şahramanyanın avtomobilini öz təşəbbüsləri ilə saxlamazdılar və yəqin ki, onlara yuxarıdan belə göstəriş verilib.  Marqarita pizza

“Hökumət “Artsax”la bağlı hər şeyi məhv edir”, - Tiqran Abramyan həyəcanla car çəkib. 

Onun sözlərinə görə, Samvel Şahramanyanın saxlanılması və ona kortejlə getməyin yasaq edilməsi o deməkdir ki, “Artsax artıq yoxdur”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!