İrəvan Qarabağı köçkünlərə unutdurmağa çalışır

saytların hazırlanması

Evə çatdırılma

İrəvan Qarabağı köçkünlərə unutdurmağa çalışır

Rəsmi

18 Oktyabr 2023 10:34 561


Qarabağın ondarma rejimi ilə Ermənistan hakimiyyəti arasında əlaqə demək olar ki, tamamilə kəsilib.

Yenisabah.az xəbər verir ki, bu iddia ilə “Hraparak” çıxış edib.

Rejimin əksər üzvləri Ermənistandadır və onlar hər gün qondarma qurumun Ermənistandakı daimi nümayəndəliyində görüşürlər. Lakin “Artsax” nümayəndələri arasında parçalanma var. Bununla belə, Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryanla “Artsax”ın “dövlət naziri” Artur Arutyunyan arasında az-çox funksional əlaqə qalır. Marqarita pizza

Rəsmilərdə belə bir təəssürat yaranıb ki, Paşinyan və onun kabinəsi Qarabağı insanların yaddaşından silməyə çalışır.

Yeri gəlmişkən, siyasi elita da düşərgələrə bölünüb. Hakimiyyət komandasının bəzi üzvləri Qarabağ ermənilərinə və separatçı rejim nümayəndələrinə münasibətə görə sərt bəyanatlar veriblər. Amma Samvel Şahramanyan hesab edir ki, vəziyyəti gərginləşdirmək olmaz, çünki qarşıda duran əsas vəzifə “Artsax” sakinlərinin problemlərinin həllidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!