"Rəsmi İrəvan yaxın gələcəkdə 3+3 formatında (İran, Ermənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiya) xarici işlər nazirlərinin Tehran görüşünü dəstəkləyir".
Yenisabah.az ISNA-ya isatinadla xəbər verir ki, bunu İslam Respublikası xarici işlər nazirinin siyasi müavini Əli Baqiri deyib.
O, bir daha İranın həmin görüşə ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb.
Ermənistana ikigünlük səfər etmiş Ə. Baqiri ölkəsinin həmişə Qafqazda sabitliyi möhkəmləndirməyə və sülh yaymağa çalışdığını bildirib.
Baqiri Qafqazdakı əcnəbilərin yalnız öz maraqlarını güddüyünü, gərginlik yaratmaq üçün dialoq masasından sui-istifadə etdiklərini, bölgədəki qeyri-sabitlikdən faydalandığını və buna görə də davamlı olaraq regionda sabitliyi pozmağa çalışdıqlarını qeyd edib.
Telegram kanalımız