İrəvan təklifdən imtina edib - XİN rəhbəri

saytların hazırlanması

Evə çatdırılma

İrəvan təklifdən imtina edib - XİN rəhbəri

Siyasət

08 Dekabr 2025 15:46 584


Bakı “3+3” regional formatının növbəti görüşünün əvvəlcə Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsini təklif edib, lakin İrəvan bu təklifi rədd edib.

"Yeni Sabah" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Abbas Əraqçi ilə keçirdiyi mətbuat konfransında bildirib.

O deyib: "Biz "3+3" formatında xarici işlər nazirlərinin müavinləri səviyyəsində növbəti görüşün Azərbaycanda keçirilməsini təklif etdik və bildirdik ki, Azərbaycanda görüş təşkil etdikdən sonra növbəti görüşün Ermənistanda keçirilməsinə razılaşacağıq. Təəssüf ki, Ermənistan tərəfi bu təkliflə razılaşmadı". pizza hut

"Bakı İrəvanın bu təklifi rədd etməsində heç bir məntiq görmür, çünki regional vəziyyət xeyli dəyişib, Azərbaycan və Ermənistan nümayəndə heyətləri artıq bir-birinin ərazilərində görüşlərdə iştirak edirlər. Təklifimiz qüvvədə qalır”, - deyə nazir əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!