Ermənistan Yunanıstanla yeni hərbi əməkdaşlıq proqramı imzalayıb.
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi Levon Ayvazyan və Yunanıstan Milli Müdafiə Baş Qərargahının beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasilios Tsami “Yunanıstan-Ermənistan 2023-cü il üçün Hərbi Əməkdaşlıq Proqramı” barədə hərbi əməkdaşlıq proqramını imzalayıblar.
Proqram 15-i Yunanıstanda, 6-sı isə Ermənistanda baş tutacaq 21 əməliyyatı əhatə edir. Dominos pizza
Bu, əməliyyat hərəkətləri üçün təlimdə əməkdaşlıqdır, o cümlədən, xüsusi təyinatlıların birgə təlimi, elektron müharibə obyektləri haqqında birgə təlim, sülhün təşviqi üçün çoxmillətli fəaliyyət mərkəzinin kurslarında iştirak, hava hücumundan müdafiə sistemlərinin istifadəsi üzrə təcrübə mübadiləsi və s.
Telegram kanalımız