İrəvan yenə cığallıq edir...

saytların hazırlanması

Evə çatdırılma

İrəvan yenə cığallıq edir...

Siyasət

05 Dekabr 2019 13:21 1250


İrəvan Qarabağdakı separatçı rejim vasitəsilə Bartislavada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında keçirilmiş danışıqlar prosesini və bu gün baş tutacaq ATƏT-in XİN başçılarının Şurasının Dağlıq Qarabağ ətrafında gözlənilən müzakirələri pozmaq pozmağa cəhd edirlər. 

Qondarma Dağlıq Qarabağ Respublikası prezidentinin mətbuat katibi David Babayan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun “Qarabağ icmaları arasında dialoqun bərpası” ilə bağlı səsləndirdiyi fikirlərə münasibəti belə deməyə əsas verir. 

Yenisabah.az xəbər verir ki, David Babayan Sergey Lavrovun fikirlərini  şərh edərkən deyib: “Bu cür təmaslar olmayıb. Hamıya, o cümlədən Rusiya Xarici İşlər naziri kimi təcrübəli diplomata aydındır ki, ictimai təmasların fərqli səviyyəyə köçürülməsindən söhbət gedə bilməz. Bizim üçün bu qəbuledilməzdir və istisnadır, biz heç vaxt buna getməyəcəyik”. Pepperoni pizza

Məlumat üçün deyək ki, dekabrın 4-də Slovakiyanin paytaxtı Bratislava şəhərində Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarovla Zohrab Mnatsakanyanın görüşü olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata görə, görüş ATƏT nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində baş tutub. Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilib: “3 saat yarımdan çox davam edən görüş zamanı tərəflər geniş müzakirələr apardılar”.

XİN qeyd edib ki, tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətlərini müzakirə ediblər.

Məlumatda habelə vurğulanır ki, nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi üzrə razılığa gəliblər.

Rəsmi Bakı ATƏT-in Nazirlər Şurasının iştirakçıları arasında Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyi vasitəsilə münaqişənin həlli ilə bağlı rəsmi mövqeini əks etdirən sənəd yayıb.

Lakin Ermənistan tərəfi həmişə olduğu kimi bu dəfə də pozucu mövqe tutub.

Bratislava görüşündən bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa səfər edib. Oradakı “prezidentliyə namizədlərlə” görüşüb. Bu azmış kimi Paşinyan Dağlıq Qarabağın “xarici işlər naziri” Masis Mailyanı dekabrın 3-də İrəvana çağırıb. Paşinyan Bratislava görüşündən bir gün əvvəl iqamətgahında Ermənistanın və Dağlıq Qarabağın “xarici işlər naziri” birgə görüş keçirib. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Politoloq Elxan Şahinoğlu hesab edir ki, Xankəndidə Mailyanla görüşən Paşinyan bir gün sonra onu yenidən İrəvana çağırması səbəbi odur ki, Ermənistanın Baş naziri “üçlü” görüş keçirməklə Bakıya və beynəlxalq aləmə mesaj göndərir. Bu mesajın mahiyyəti ondan ibarətdir ki, münaqişənin həlli Dağlıq Qarabağdakı separatçıların maraqlarına cavab verməlidir. Bu açıq aşkar danışıqlar prosesini pozmağa yönəlik addımlardır. David Babayanın mövqeyi isə pozuculuğu daha da dərinləşdirməyə xidmət edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!