İrəvanda gərginlik: Şahramanyandan oğurlanan pulları tələb edirlər

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda gərginlik: Şahramanyandan oğurlanan pulları tələb edirlər

Rəsmi

21 Oktyabr 2023 13:25 534


Bu gün səhər saatlarında İrəvanda Qarabağda ləğv olunmuş separatçı və qondarma rejimin nümayəndəliyinin qarşısnda yenidən gərginlik yaranıb. 

“AzPolitika.info” yerli mediaya istinadla xəbər verir ki, özünü buraxan “prezident” David Şahramanyan etirazçıların bir qrupu ilə görüşüb. Amma buna baxmayaraq, gərginlik azalmayıb, etirazçılar binanın qarşısını tərk etməyiblər. 

Bir az əvvəl “nümayəndəliyin” ərazisindən özünü buraxan rejimin keçmiş məmurlarından birinə məxsus olduğu ehtimal edilən avtomobil çıxıb. Maşının üzərindəki çoxsaylı zədə izləri içəridə dava-dalaş olduğundan xəbər verir.  Dominos pizza

Səhər saatlarından binanın qarşısına toplaşanlar müxtəlif tələblər irəli sürürlər. Onlar ilk növbədə ləğv olunmuş rejimin “məmurlarının” və “hərbçilərinin” əmlakının yoxlanılmasını, əgər qanunsuzdursa, onların Qarabağı ərazisini tərk edən ermənilərə qaytarılmasını tələb edirlər. 

Daha sonra etirazçılar Şahramanyandan qondarma rejimin ləğv olunması ilə bağlı sərəncamı ilə bağlı izahat tələb edirlər. 

Şahramanyan isə onların qarşısına çıxaraq bunları deyib: “Bu sənədlə bağlı çoxlu məsələlər var ki, burada danışa bilmərəm. Yaxın vaxtlarda bütün bu məsələləri həll edəcəmə söz verirəm”. 

Lakin onun dedikləri etirazçıları qane etməyib, etirazçılar yenidən binaya soxulublar. Qarşıdurma davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!