Azərbaycan vətəndaşları 2022-ci ildə Ermənistanda 2 daşınmaz əmlak alıb.
Yenisabah.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə ölkənin Kadastr Komitəsi məlumat yayıb.
Daxil olan məlumata görə, Azərbaycan vətəndaşları İrəvandakı çoxmənzilli binalardan birində və Lori rayonunda bir fərdi yaşayış evindən mənzil alıblar. Sezar pizza
Türkiyə vətəndaşları 2022-ci ildə İrəvandakı çoxmənzilli binalarda 11 daşınmaz əmlak alıblar.
Eyni zamanda, hər iki dövlətin vətəndaşları daşınmaz əmlak satmayıblar. Onların milliyyəti Kadastr Komitəsinin hesabatında göstərilmir.
Daha əvvəl, 2010-2021-ci illərdə Ermənistanda Türkiyə vətəndaşları daşınmaz əmlak hüququnun qeydiyyatı ilə bağlı ümumilikdə 71, Azərbaycan vətəndaşları isə 6 əməliyyat həyata keçirib.
Azərbaycan vətəndaşları 2012 (2), 2018, 2019-cu illərdə mənzilə sahib olublar. Daha bir mənzil hədiyyə olaraq (2012), bundan əlavə, bir ictimai əhəmiyyətli obyekt alınıb.
Türkiyə vətəndaşlarına gəlincə, göstərilən müddət ərzində onlar Ermənistanda 53 mənzil alıb, 1-i hədiyyə, 1-i dəyişdirilib. Bundan əlavə, onlar 5 fərdi yaşayış evi, 1 qaraj, 7 ictimai obyekt, 3 torpaq sahəsinə sahib olublar.
Telegram kanalımız