İrəvanda Paşinyanın əleyhdarları aeroportun yolunu kəsdilər

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda Paşinyanın əleyhdarları aeroportun yolunu kəsdilər

Rəsmi

13 Dekabr 2020 19:59 935


Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etiraz aksiyasının iştirakçıları İrəvanda bir neçə dəqiqə ərzində "Zvartnos" aeroportu ərazisində dörd yolayrıcından birini bağlayıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Etirazçılar polisə onlara aksiyanın keçirilməsi üçün beş dəqiqə vaxt verməyi xahiş ediblər, onlar yolun bir hissəsini tərk ediblər, bundan sonra yolda hərəkət bərpa olunub. İştirakçılardan biri bildirib ki, etiraz aksiyaları Paşinyan və onun bütün komandasının istefasına qədər davam edəcək. pizza sifarişi

İrəvanda müxalifətin aksiyaları Paşinyanın Qarabağda atəşin dayandırılması haqqında sazişi imzalaması səbəbindən davam etdirilir. Nazirlər Kabinetinin başçısının vəzifədən getməsini tələb edən müxalifət qüvvələri baş nazir vəzifəsinə ölkə hökumətinin keçmiş rəhbəri Vazgen Manukyanın namizədliyini irəli sürüb. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!