İrəvanda rəsmi Bakının cavabını gözləyirlər

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda rəsmi Bakının cavabını gözləyirlər

Rəsmi

02 Mart 2023 11:42 870


Ermənistan Milli Məclisində keçirilən hökumətin sual-cavab iclası yenə də ajiotajsız ötüşməyib.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, Baş naziri Nikol Paşinyan və onun komandası mütəmadi şəkildə Qarabağ mövzusunu Ermənistanın daxili gündəliyindən silməyə çalışır.

Erməni nəşri yazır ki, ötən gün müxalifətin yenə də iştirak etmədiyi iclasda Qarabağla bağlı yalnız bir sual səslənib. Dominos pizza

“Deputat Emma Palyan sülh müqaviləsinin taleyi, daha dəqiq desək, Ermənistanın Azərbaycana təqdim etdiyi təkliflərin yekun nəticəsi ilə maraqlanıb. Baş nazir Paşinyan bildirib ki, Azərbaycan tərəfi göndərilə layihəyə hələ də cavab verməyib”, – deyə erməni nəşri vurğulayıb.

Şəhla AĞAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!