İrəvanda Rusiyaya dəstək mitinqi   - Video

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda Rusiyaya dəstək mitinqi - Video

Rəsmi

24 Fevral 2023 16:57 1123


İrəvanda bir qrup erməni Rusiyanın Ermənistandakı səfirliyi qarşısında dəstək aksiyası keçirir. Onlar Rusiyaya dəstək olduqlarını bildirirlər. 

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, aksiya iştirakçıları Rusiyanın Ukraynada həyata keçirdiyi “xüsusi hərbi əməliyyat”ın ildönümü münasibətilə səfirlik önünə toplaşıblar.

Səfirlik qarşısında aksiyanın təşkilatçısı Arsen Miricanyan deyib:  pizza hut

“Biz bu gün dostluq naminə toplaşmışıq, heç kim düşünməsin ki, Ermənistanla Rusiya bir gün düşmən olacaq”. 

Aktivistlər“Ermənistan və Rusiya həmişə bir yerdədir”, “Ermənistan-Rusiya dostluğunun daha da möhkəmlənməsini və inkişafını arzu edirik”, “Rusiya nifrəti yoxdur”, “Mən Rusiyanın tərəfindəyəm, Putinin tərəfindəyəm” yazılmış plakatlarla toplaşıb və şüarlar səsləndiriblər.

Aksiyanın sonunda iştirakçılar Rusiya prezidenti Vladimir Putinə, Rusiyanın Baş naziri Mixail Mişustinə və Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkinə ünvanlanmış məktub təqdim ediblər.

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!