İrəvanda separatçıları basdırmaq üçün daha 125 qəbir qazıldı 

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda separatçıları basdırmaq üçün daha 125 qəbir qazıldı 

Maraqlı

27 Sentyabr 2023 11:35 568


Bu gün, sentyabrın 27-də, yəni 44 günlük müharibənin başlanmasının 3-cü ildönümündə İrəvandakı Yerablur hərbi panteonunda yeni qəbirlər qazılıb. 

Yenisabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, həmin qəbirlər Qarabağdakı son antiterror tədbirləri zamanı məhv edilən qanunsuz silahlı birləşmələrin üzvləri üçün qazılıb. 

Ermənistanın səhiyyə naziri Anahit Avanesyan deyib ki, Qarabağdan İrəvana 125 cəsəd gətirilib ki, bunlar da əsasən “separatçı ordu”nun döyüşçülərin meyitləridir.  pizza

Nazir deyib ki, meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi başlanıb. 

“125 meyit Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə aparılıb, biz onlar haqqında məlumatları dəqiqləşdirmələrdən sonra dərc edəcəyik”, - Avanesyan bildirib. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!