İrəvanın Bakıya təkliflərindəki hiylələr

saytların hazırlanması

Evə çatdırılma

İrəvanın Bakıya təkliflərindəki hiylələr

Siyasət

19 May 2022 22:21 1889


İrəvan növbəti dəfə Azərbaycanla münasibətlərin normallaşmasında özü üçün “imkan pəncərələri” saxlamağa çalışır.

Yenisabah.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov deyib.

“İrəvanın irəli sürdüyü təkliflər arasında Azərbaycanın sadəcə olaraq sazişin imzalanmasına razılıq verməməsini təmin etməyə yönəlmiş bir çox erməni “hiylələri” var – məsələn, “Qarabağın və orada yaşayan ermənilərin “status”u adlandırılan” prinsiplər. Eyni zamanda, Qarabağda yaşayan ermənilərin Azərbaycan Respublikasının vətəndaşları olduğu faktı qalır. Ermənistanda kimin nə deməsindən asılı olmayaraq, bu, dəyişməzdir. Ən yaxşı halda Qarabağda, yenə Azərbaycanın daxilində mədəni muxtariyyət yaradıla bilər. Və indiki şəraitdə ATƏT-in Minsk Qrupu ilə bağlı “hiylələr” heç də işə yaramır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov MQ-nin dağıldığını açıq şəkildə bəyan edib. Aydındır ki, İrəvan bu məsələni manipulyasiya etməkdə, Fransa və ABŞ-ı köməyə təhrik etməkdə davam edir. Amma bunun sonda nəticə verəcəyini düşünmürəm”, - ekspert bildirib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!