İrəvanın qərarı Kremli əsəbiləşdirdi

saytların hazırlanması

Evə çatdırılma

İrəvanın qərarı Kremli əsəbiləşdirdi

Rəsmi

10 Mart 2023 14:22 989


"Kreml jurnalist Aram Qabrelyanov və digər rus media menecerlərinin Ermənistana girişinə qadağa qoyulmasına mənfi münasibət bəsləyir, Moskva ilə İrəvan arasında dostluq münasibətləri belə hallardan qorunmalıdır".

Yenisabah.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Açığı, buna mənfi yanaşırıq. Ermənistan böyük dostumuz, müttəfiqimiz, strateji tərəfdaşımızdır. Təbii ki, ikitərəfli münasibətlərin səviyyəsi və xarakteri bizi ikitərəfli münasibətlərimizi belə hallardan qorumağa məcbur edir. Ümid edirik ki, yaxın gələcəkdə ikitərəfli münasibətlərimiz belə hallardan azad olacaq”. pizza mizza

D. Peskov bəzi rusiyalı jurnalistlərin, rusiyapərəst mövqedə olan media menecerlərinin Ermənistana girişinə qadağa qoyulmasına Kremlin münasibətini belə ifadə edib. Sualda “News Media” holdinqinin təsisçisi Aram Qabrelyanovdan əlavə, “Russia Today” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyanın Ermənistana girişinə qadağa qoyulması da əksini tapıb.

Xatırladaq ki, A. Qabrelyanovun Ermənistanda arzuolunmaz şəxslər siyahısına düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!