İrəvanın Şimal-Cənub dəhlizinə qoşulması müzakirə olunur

saytların hazırlanması

Evə çatdırılma

İrəvanın Şimal-Cənub dəhlizinə qoşulması müzakirə olunur

Rəsmi

22 Fevral 2023 16:01 768


“Rusiyada Ermənistanın Şimal-Cənub Nəqliyyat Dəhlizinə qoşulması mümkünlüyü müzakirə olunur”.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Avropa-Asiya Araşdırmalar Mərkəzinin (Ekaterinburq) direktoru Andrey Rusakov bildirib.

“Əvvəldən Rusiya-Azərbaycan-İran marşrutu müzakirə olunub. Uzun müddətdir ki, Ermənistanın cəlb olunması məsələsini müzakirə edirik. Hesab edirəm ki, ekspert dəstəyi olacaq, çünki müzakirələr gedir. Mərkəzimiz Şimal-Cənub dəhlizinin inkişafına və genişlənməsinə də öz töhfəsini verəcək”, – deyə Rusakov vurğulayıb. Toyuqlu pizza

Onun sözlərinə görə, “Şimal-Cənub”un reallaşması Rusiya üçün prioritet istiqamətlərdən biridir. Bundan başqa, Rusiya prezidenti Vladimir Putin də Federal Məclisə müraciətində Rusiya-Gürcüstan-Ermənistan-İran nəqliyyat dəhlizinin dəstəklənməsinin vacibliyini açıqlayıb.

Eyni zamanda, Rusakov hesab edir ki, bu məsələdə Ermənistan hökumətindən çox şey asılıdır:

“Heç kim heç kimdən heç nə sifariş edə bilməz. Sadəcə olaraq deyə bilərik ki, burada iqtisadi potensial var. İqtisadi potensial varsa, yeni vergi bazası yaranır, yeni logistik imkanlar yaranır, məhsul istehsalı zamanı xərclər azalır”.

Xatırladaq ki, “Şimal-Cənub” haqqında beynəlxalq müqavilə 2000-ci ildə Sankt-Peterburqda imzalanıb. Layihə 7,2 min km uzunluğunda nəqliyyat dəhlizini nəzərdə tutur və İran və Rusiya vasitəsilə Baltik regionu ilə Hindistan arasında əlaqəni təmin etməlidir.

Dəhlizin illik ötürmə qabiliyyəti 20-30 milyon tondur. 2004-cü ildə İrəvan “Şimal-Cənub” sazişinin tamhüquqlu iştirakçısına çevrilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!