İri ticarət mərkəzləri və “Mallar” açılır? - Operativ Qərargahdan   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

İri ticarət mərkəzləri və “Mallar” açılır? - Operativ Qərargahdan AÇIQLAMA

İqtisadiyyat

09 Sentyabr 2020 18:52 10146


Azərbaycanda pandemiyaya görə bir neçə aydır ki, iri ticarət mərkəzlərinin, “Mallar”ın fəaliyyəti dayandırılb. Qeyd edək ki, son dövrlər karantin rejimində müəyyən yumşalmalara gedilir. Nəticədə bir çox müəssisələrin fəaliyyəti və rayonlara gediş-gəliş bərpa edildi. Gələn həftə də karantin rejimində yumşalmaların olacağı gözlənilir. Belə olan halda Bakıda iri ticarət mərkəzləri, “Mallar” açıla bilərmi?

Yenisabah.az xəbər verir ki, bununla bağlı Konkret.az-ın sualını cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə onda heç bir məlumat yoxdur:

“Yumşalmalar və ya hər hansı qərarlar olan zaman bu barədə ictimaiyyətə məlumat verilir. Ticarət mərkəzləri və “Mallar” barəsində qərar veriləndə bu barədə məlumat veriləcək”. pizza

Operativ Qərargahın növbəti brifinqinin nə zaman keçiriləcəyi sualına İbrahim Məmmədov bu barədə məlumatının olmadığını söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!