Rusiyanın İrkutsk vilayətində dəhşətli sonluqla bitən yanğın baş verib.
Yenisabah.az xəbər verir ki, yanğında 5 nəfər ölüb. Ölənlərdən 3-ü qadın, 1-i kişi, 1-i də 11 yaşlı uşaqdır.
İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqında məlumat şənbə günü səhər saatlarında daxil olub. İlk yanğınsöndürmə və xilasetmə briqadalarının hadisə yerinə çatdığı zaman alov tamamilə evi bürüyüb. Yanğının geniş əraziyə və qonşu binalara keçmə təhlükəsi səbəbindən əraziyə İrkutskdan əlavə qüvvələr cəlb edilib. Marqarita pizza
Hadisə zamanı evdə 9 nəfər olub, 5 nəfər binadan çıxa bilib. Onlardan biri, evin sahibi xəsarət alıb, bir nəfər isə təcili yardım maşınında dünyasını dəyişib.
Yanğın faktıyla bağlı cinayət işi qaldırılıb, müvafiq araşdırmalar davam etdirilir.
Telegram kanalımız