İş yerində bu şəxslərin ixtisara salınması mümkün olacaq   - DƏYİŞİKLİK

saytların hazırlanması

Evə çatdırılma

İş yerində bu şəxslərin ixtisara salınması mümkün olacaq - DƏYİŞİKLİK

Sosial

17 Yanvar 2026 20:37 3915


İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin siyahısında dəyişiklik edilib.

"Yeni Sabah" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərin işdə saxlanmasına üstünlük verilməyəcək. pizza sifarişi

Mövcud qanunvericiliyə görə, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:

şəhid ailəsinin üzvlərinə;

müharibə iştirakçılarına;

əsgər və zabitlərin arvadına (ərinə);

öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;

həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə;

məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;

kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə./Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!