“İsa Qəmbər səmimi deyil” - Yadigar Sadıqlı

saytların hazırlanması

Evə çatdırılma

“İsa Qəmbər səmimi deyil” - Yadigar Sadıqlı

Siyasət

11 Oktyabr 2019 17:55 1137


Müsavat başqanlığına namizəd Yadigar Sadıqlı  Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin Arif Hacılıya dəstək çıxmasına növbəti dəfə münasibət bildirib.

"Yeni Sabah" xəbər verir ki, başqanlığa namizəd "Facebook" hesabında İsa Qəmbərin səmimi olmadığını yazıb:

"Sözüm İsa Qəmbərin IX qurultayda qalibin bəlli olması fikri haqqındadır. Deyirəm ki, tutalım, Arif Hacılı 60% səs toplayıb qalib gələcəkdi. Normal, demokratik görüntü yaradan rəqəmlərdir də. 60% lehinə, 40 % əleyhinə. İsa Qəmbər də çağırış edib nəyə nail olmaq istəyir, YAP kimi 90% civarında rəqəmlərə? Demək istədiyim odur ki, İsa Qəmbər səmimi deyil, IX qurultayda qalib bəlli deyildi. İndi də əlavə edirəm: Arif Hacılı özü qalib gələcəyinə əmin olsaydı, heç vaxt İsa Qəmbərin dəstək bildirməsinə razı olmazdı". Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!