Xəbər verdiyimiz kimi, Azərbaycan Ali Sovetinin keçmiş sədri, Müsavat Partiyasının sabiq başqanı, "Milli Düşüncə" Mərkəzinin sədri İsa Qəmbərə 180 manat pensiya təyin olunub.
İsa Qəmbərə cüzi miqdarda pensiya təyin olunması sosial şəbəkələrdə tənqidlə qarşılanıb.
Yenisabah.az xəbər verir ki, tanınmış iqtisadçı Rövşən Ağayev məsələyə aydınlıq gətirib. pizza sifarişi
Qeyd edib ki, Azərbaycanda minimum pensiya 240 manatdır. 180 manat yaşa görə sosial müavinətdir: "Pensiya yaşına çatan, lakin 2 şərtdən birini ödəməyən şəxslər pensiya ala bilmir. Bu şərtlər ya 25 illik əmək stajının olması, ya da minimum pensiya kapitalına sahiblikdir. Belə görünür ki, İsa bəyi həmin şərtlərdən heç birini ödəmədiyi üçün ona müavinət təyin edilib".
Telegram kanalımız