İsa Qəmbərin mövqeyi tənqid olundu

saytların hazırlanması

Evə çatdırılma

İsa Qəmbərin mövqeyi tənqid olundu

Siyasət

09 Oktyabr 2019 12:53 1172


“Məhz mənim və Tofiq Yaqublunun Müsavat başqanlığına namizədliyimizi irəli sürməmiz son illər ərzində ilk dəfə doğma partiyamızı gündəmə çevirdi”. 

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Müsavat Partiyasının başqanlığına namizəd Yadigar Sadıqlı keçmiş başqan, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin açıqlamasına münasibət bildirərkən deyib. 

Yadigar Sadıqlı əlavə edib ki, başqanlığa iddialı olduğunu açıqlayanda insanların Müsavatı sevdiyini, onu yenidən güclü, parlaq, iyrənc şayiələrdən uzaq görmək istədiyinin şahidi olub. “Müsavatın tarixi, ideologiyası, xidmətləri barədə xeyli xoş sözlər oxudum. Məlum oldu ki, neqativ münasibət partiyaya deyil, onun mövcud rəhbərliyinədir.  pizza hut

Əmin oldum ki, baş verəcək dəyişiklik Müsavatın tarixində tamamilə yeni bir səhifə açacaq. Təəssüf ki, partiyanın önəmli ismi İsa Qəmbərin açıqladığı mövqe belə bir mümkün dəyişikliyin baş tutması ehtimalını xeyli aşağı salır. Nə gizlədim, İsa bəyin nüfuzu partiyada böyükdür və bir çoxları üçün onun mövqeyi həlledicidir. Arif Hacılıya qalib gəlmək olardı, lakin İsa Qəmbərlə tandemində qalibiyyət çox müşkül görünür”, -deyə başqanlığa namizəd bildirib.

Yadigar Sadıqlı İsa Qəmbərin Arif Hacılını dəstəkləməsinə rəğmən sona qədər mübarizə aparıb qalib gələciyini deyib. Çünki Arif Hacılının başqanlığı dövründə Müsavatın çöküşü davam edəcək. O zaman mən heç olmasa "bacardığımı etdim" deyə vicdan rahatlığı ilə yaşamaq istəyirəm, "bəlkə..." sualı qarşısında əzab çəkmək istəmirəm”, - deyə o vurğulayıb.

Yadigar Sadıqlı sonda bildirib ki, İsa Qəmbərin mövqeyi onun üçün gözlənilməz olmayıb.

Xatırladaq ki, İsa Qəmbər müsavatçıları qurultayda hazırki başqan Arif Hacılıya səs verməyə çağırıb.

Arif Hacılıdan başqa Tofqi Yaqublu və Yadigar Sadıqlı da başqanlığa namizədliklərini irəli sürüblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!