İşçinin pulunu verməyən şirkət   23 min manat cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

İşçinin pulunu verməyən şirkət 23 min manat cərimələndi

Hadisə

14 Noyabr 2025 17:51 608


“ZEYTUN PARK” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Bakı şəhəri Suraxanı rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə “Yeni Sabah”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.  

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) şəxsin MMC-nin icarəsində olan paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində yerləşən bazarda müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib. pizza sifarişi

Faktla bağlı Suraxanı rayon prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (konktraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib. 

Eyni zamanda cəmiyyətin direktoru Səfərov Kamal Hüseyn oğlu barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində cərimələnib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!