İşgəncə görüntülərilə bağlı daha bir AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

İşgəncə görüntülərilə bağlı daha bir AÇIQLAMA

Hadisə

11 Avqust 2020 19:16 1383


"Sosial şəbəkələrdə işgəncə, zorakılıq görüntüləri ilə bağlı yayılan fotolar suallar doğurur".

Yenisabah.az xəbər verir ki, bunu "Report"a Vəkillər Kollegiyasının üzvü, hüquq üzrə fəlsəfə doktoru, təqaüddə olan polis zabiti Cavid Cəfərov bildirib. 

"Bu o qədər həssas məsələdir ki, indiyə qədər mütləq kimsə həmin fotolarda əks olunan hansısa yaxınını tanıya bilərdi. Amma bu baş vermədi. Görünür ki, hansısa kənardan idarə edilən, destruktiv qüvvələrin məqsədli olaraq yaydığı görüntülərdir. Əgər fotolara diqqətlə baxılsa, orada gizli numayişlər var. Bayraq və gerbi nəzərdə tuturam. Eləcə də onlardan bir nəfərin bədənində isə mənşəyi məlum olmayan döymələr var. Fotolardan aydın görünür ki, iddialar ictimai fikri çaşdırmağa yönəlib”, - o deyib.  Dördpendirli pizza

C.Cəfərov vurğulayıb ki, avtomobilin qarşısında selfisi olan vətəndaş ümumiyyətlə hüquq-mühafizə orqanlarında işləmir: "Məndə olan məlumata görə, sadə həyat tərzi sürür, zəhmətkeş adamdır. Ancaq onu da fotolara əlavə edib şou yaradırlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!