İraq Şam İslam Dövlətinin (İŞİD) yeni liderinin adı bəlli olub.
Yenisabah.az-ın xəbərinə görə, İngiltərənin nüfuzlu nəşri “The Guardian” qəzeti kəşfiyyat məlumatlarına əsasəsa yazır ki, İŞİD-in yeni lideri onun yaradıcılarından olan Əmir Məhəmməd Əbdül Rəhman əl-Mövli əl-Səlbidir. Hazırda Əl-Səlbi İŞİD-in ən nüfuzlu ideoloqlarından hesab edilir. O, İraqın Tal-Afar şəhərində türkmən ailəsində anadan olub. Əl-Səlbi İŞİD-in rəhbərliyindəki az sayda ərəblərdən və təşkilatın rəhbərliyindəki az sayda qeyri-ərəblərdən biridir.
Əl-Səlbi Mosul Universitetində şəriət hüququ üzrə təhsil alıb. Onun İŞİD-in rəhbərliyinə qədər yüksəlməsində bu amilin başlıca rolu var. Əl-Səlbi İŞİD-in əvvəlki lideri Əl-Bağdadi ilə 2004-cü ildə İraqdakı Amerika həbsxanasında tanış olub və daha sonra ən yaxın müttəfiqinə çevrilib. Pepperoni pizza
Əl-Səlbi 2014-cü ildə İraqdakı yezidi icmasını soyqırıma məruz qoymaq məqsədilə keçirilən əməliyyatlara rəhbrəlik edib. O, həmçinin İŞİD yaraqlılarının dünyanın müxtəlif ölkələrindəki əməliyyatlarına rəhbərlik edib.
Xatırladaq ki, İŞİD-in əvvəlki lideri Əbu Bəkr əl-Bağdadi oktyabrın sonlarında Suriyanın şimalında yerləşən İdlib vilayətində ABŞ-ın keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb. Bundan əvvəl yayılmışdı ki, Əl-Bağdadinin varisi Əbu İbrahim əl-Haşimi əl-Kürişi ola bilər. Lakin bu adın qondarma hərbi təxəllüs olduğu barədə ehtimallar var.
Telegram kanalımız