İslahatlar başladı: İcra hakimiyyətlərində bu şöbələr LƏĞV EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

İslahatlar başladı: İcra hakimiyyətlərində bu şöbələr LƏĞV EDİLDİ

Siyasət

11 Dekabr 2025 17:22 35173


Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqədi, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu yenilənir.

“Yeni Sabah” xəbər verir ki, icra hakimiyyətlərində bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib. Bundan başqa, bəzi şöbələr birləşdirilib və həmin şöbələrə rəhbərliyi icra başçılarının müavinləri həyata keçirəcək.

Başçının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdirinə tabe olacaq sektorlar bunlardır: Sezar pizza

* Ərazi-təşkilat məsələləri sektoru

* Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru

* İctimai-siyasi və humanitar məsələlər sektoru

Başçının müavini – Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdirinə tabe olacaq sektorlar isə aşağıdakılardır:

* Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoru

* Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, habelə hüquq və inzibati işlər şöbəsi ləğv edilib və onların bazasında Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi yaradılıb. Yeni şöbəyə tabe olacaq sektorlar:

* Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektoru

* Hüquq və kadr məsələləri sektoru

Qeyd edək ki, icra hakimiyyəti başçısının şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturunda da dəyişikliklər edilib. Bu barədə müvafiq Fərman imzalanıb. Fərmana əsasən, bütün dəyişikliklər iki ay ərzində tamamlanacaq. İxtisar olunan əməkdaşlar Dövlət İmtahan Mərkəzi vasitəsilə müvafiq dövlət qurumlarında işlə təmin ediləcəklər. (Mənbə: qaynarinfo)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Azad Aydın
    Deyirəm axı bələdiyyə yaranandan millətin əli bala batıb.ASAN xidmət icra hakimiyyətinin digər təşkilatların mənbələri əsasında çalışır.Basi idarəçilikdən çıxmayan kartof soğan corab tuman satanlar şərh yazırkı icra hakimiyyəti nəyə lazım?!Görən günləri qarşıdadır!
    5 months ago
  • Rəşad
    Ona islahat demirlər. İslahat kambur kimin dövlətin belinə çokmüş yerli icra hakimyəti strukturudur. Kökündən ləğv olunmalı bütün işləri asan və dost xidmətinə verilməlidir . İslahat belə olur . Lazımsız və lüzumsuz təşkilatdı .Dövlətin ayağndan dartır , başını ağrıdır , canını halsız edir .
    5 months ago