İspaniya klubu futbolçumuzu millininin oyununa buraxmadı –   Səbəb maraqlıdır

saytların hazırlanması

Evə çatdırılma

İspaniya klubu futbolçumuzu millininin oyununa buraxmadı – Səbəb maraqlıdır

İdman

12 Noyabr 2019 07:59 1009


İspaniyanın "Albasete" klubundan Azərbaycan milli komandasına dəvət olunmuş Eddi İsrafilov Avro-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Bakıda keçiriləcək Azərbaycan - Uels oyununda iştirak edə bilməyəcək.

“Yeni Sabah” xəbər verir ki, futbolçunun milliyə dəvət olunması barədə prosedura uyğun qaydada "Albasete" klubuna göndərilmiş müraciət məktubu ilə bağlı texniki problem yarandığı üçün klub futbolçunun noyabrın 17-dən etibarən Azərbaycan milli komandasının düşərgəsinə qoşula biləcəyini bildirib. 

27 yaşlı yarımmüdafiəçinin əvəzinə "Zirə" klubundan Elvin Camalov çağırılıb. Sezar pizza

Məsələ ilə bağlı AFFA tərəfindən FIFA-ya müvafiq qaydada məlumat verilib.

E.İsrafilov millimizin noyabrın 19-da səfərdə Slovakiya yığmasına qarşı keçirəcəyi oyun üçün təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!