İspaniyada 8 qollu heç-heçə

saytların hazırlanması

Evə çatdırılma

İspaniyada 8 qollu heç-heçə

İdman

26 Fevral 2025 10:19 163


İspaniya Kral kubokunda yarımfinalin ilk görüşündə “Barselona” doğma meydanda “Atletiko Madrid”i qəbul edib. Oyunda qapılara 8 top vurulub.

Yenisabah.az xəbər verir ki, oyuna sürətli başlayan qonaqlar 1-ci və 6-cı dəqiqədə vurduqları qollarla 2-0 önə keçib. Tez toparlanan “Barselona” 19-cu və 21-ci dəqiqədə vurduğu ardıcıl 2 topa hesabı bərabərləşdirib.

Bu azmış kimi, 41-də İniqo ilə hesabda önə keçən kataloniyalılar ilk hissəni 3-2 öndə tamamlayıb. İkinci hissənin 74-cü dəqiqəsində Levandovski hesab arasındakı fərqi artırıb. Lakin “Atletiko” Lorente (84) və Sörlotun (90+4) qolları ilə səfərdən sərfəli nəticə ilə dönüb. Marqarita pizza

İki klub arasındakı cavab görüşü 2 apreldə Madriddə baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!