İsrail ordusu Hizbullaha qarşı önləyici hücum əməliyyatına başladı

saytların hazırlanması

Evə çatdırılma

İsrail ordusu Hizbullaha qarşı önləyici hücum əməliyyatına başladı

Dünya

23 Sentyabr 2024 23:21 480


İsrail Müdafiə Qüvvələri (SAXAL) "önləyici hücum əməliyyatına" başlayıb və son 20 ildə "Hizbullah"ın Livanda inşa etdiyi hərbi infrastruktura zərbələr endirir.

Yenisabah.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.

İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi bildirib ki, "biz hədəfləri vururuq və növbəti mərhələlərə hazırlaşırıq, bu barədə sonra danışacağam". pizza sifarişi

İsrailin baş naziri Benyamin Netanyahu isə Livan sakinlərinə ingilis dilində müraciət edərək "təhlükəli zonaları" tərk etməyi xahiş edib.

Onun sözlərinə görə, İsrail qüvvələri livanlılara qarşı deyil, mülki şəxslərin evlərində və qarajlarında raketlər gizlədən "Hizbullah"a qarşı vuruşur. Baş nazir söz verib ki, İsrail əməliyyatı başa çatdıqdan sonra livanlılar öz evlərinə qayıda biləcəklər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!