İsrail ordusu yeni lazer silahı əldə etdi

saytların hazırlanması

Evə çatdırılma

İsrail ordusu yeni lazer silahı əldə etdi

Dünya

28 Dekabr 2025 23:54 709


İsrailin Müdafiə Nazirliyi ilk “Iron Beam” lazer texnologiyalı Hava Hücumundan Müdafiə (HHM) sistemini orduya təhvil verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat Xidməti məlumat yayıb.

"İsrail Müdafiə Nazirliyi orduya “Iron Beam” yüksək güclü döyüş lazer sistemini təhvil verdi. Geniş bir sıra sınaqlarda müxtəlif təhdidlərə qarşı effektivliyini sübut edən, raketləri, minaatan mərmilərini və pilotsuz uçuş aparatlarını uğurla ələ keçirən sistem, İsrail Hərbi Hava Qüvvələrinə inteqrasiya ediləcək və İsrailin çoxqatlı hava hücumundan müdafiə sisteminə daxil ediləcək", - açıqlamada deyilir. pizza

Qeyd edək ki, sistem əvvəlcə lazer şüası istifadə edərək çox qısa mənzilli raketləri, eləcə də minaatan və artilleriya mərmilərini ələ keçirmək üçün hazırlanıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!