İsraildə SOS: Məktəblər bağlandı: insanlar sığınacağa yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

İsraildə SOS: Məktəblər bağlandı: insanlar sığınacağa yerləşdirildi

Hadisə

13 İyun 2025 11:04 498


İsrailin İrana hücumundan sonra Təl-Əvivdə və bir neçə şəhərdə vətəndaşlar sığınacağa yerləşdirilib.

“Yeni Sabah” xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu da vətəndaşları sığınacaqda qalmağa çağırıb. O qeyd edib ki, vətəndaşlar sığınacaqlarda əvvəlki təcrübələrindən daha uzun müddət qalmalı və ərzaq ehtiyatı toplamalıdır.

“İranın yüksəksəviyyəli komandirlərini, nüvə obyektlərini və elm adamlarını məhv etmişik. Mən bilirəm və siz də bilirsiniz, azad müharibə yoxdur”. Dördpendirli pizza

İsrailin Daxili Qoşunlar Komandanlığının təlimatlarına əsasən, ölkədə bütün təhsil fəaliyyəti dayandırılıb. 

Bildirilib ki, İranın mümkün cavabı ilə əlaqədar toplantılara və vacib olmayan iş yerlərinə getməyə icazə verilmir. Təlimatlara görə, bu gün keçirilməsi planlaşdırılan Təl-Əviv Qürur Paradı ləğv edilib. Səhiyyə Nazirliyi xəstəxanalarda iş rejimini ən yüksək səviyyəyə qaldırıb və insanlardan təcili olmayan hallarda gəlməmələrini xahiş edib.

Qeyd edək ki, İsrailin hücumundan sonra İran cavab zərbələri endirməyə başlayıb. Məlumata görə, İsrailə doğru 100-dən çox pilotsuz uçuş aparatları (PUA) göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!